​Bakıda Hindistan məhsullarının sərgisi açılıb - FOTO

​Bakıda Hindistan məhsullarının sərgisi açılıb - FOTO Səfir Sancay Rana deyib ki, təmsil etdiyi ölkə Azərbaycanla əməkdaşlığa önəm verir
Biznes
8 Mart , 2016 16:40
​Bakıda Hindistan məhsullarının sərgisi açılıb - FOTO

Bakı. 8 mart. REPORT.AZ/ "Azərbaycanda Hindistan istehsalı olan məhsullara maraq çox böyükdür və insanlar Bakıda keçirilən sərgidə özlərinə lazım olan Hindistan mallarını tapa bilərlər". "Report" xəbər verir ki, bunu jurnalistlərə Bakıda açılan "Hindistan Sərgisi"ni gəzən bu ölkənin Azərbaycandakı səfiri Sancay Rana deyib.

S.Rana qeyd edib ki, təmsil etdiyi ölkə Azərbaycanla əməkdaşlığa önəm verir və gələn ay Bakıda ticari-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının IV iclası keçiriləcək: "Son iki ildə bir neçə dəfədir ki, biz bu məkanda sərgi təşkil edirik. Hiss olunur ki, Hindistan məhsullarına Azərbaycanda maraq böyükdür. Azərbaycanlı alıcılar burada birbaşa Hindistan mallarını ala bilərlər".

"Azərbaycanla çox gözəl ikitərəfli əlaqələrimiz var. Aprelin 6-7-də Bakıda ticari-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Hindistan hökumətlərarası komissiyasısının iclası keçiriləcək. Bu görüşdə təhsil, sənaye, biznes, İKT, ticarət, turizm və başqa bir çox sahələr üzrə müzakirələr aparılacaq", - deyə səfir bildirib.

Qeyd edək ki, martın 8-də Bakıda "Hindistan Sərgisi" başlayıb. Martın 27-nə qədər davam edəcək sərgidə müxtəlif növ Hindistan məhsulları nümayiş etdirilir və satılır.

Son xəbərlər

Orphus sistemi