Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı keçirilir

Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı keçirilir Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı işə başlayıb.
Biznes
2 May , 2018 10:49
Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı keçirilir

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı işə başlayıb. 

"Report" xəbər verir ki, tədbir mayın 4-nə qədər davam edəcək.

Konfransı adı çəkilən beynəlxalq assosiasiya və Dövlət Gömrük Komitəsi birgə təşkil edib. Konfransda 25 ölkədən 150 nümayəndə iştirak edir.

Toplantının açılış mərasimində DGK sədri Səfər Mehdiyev və Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet de Pablo iştirak edir.

Məruzəçilər sırasında Səlahiyyətli İqtisadi Operator (SİO) proqramının dünya üzrə lideri Lars Karlsson da var. Tədbirə gömrük orqanları, logistika və nəqliyyat şirkətlərinin nümayəndələri qatılıblar.

SİO konsepsiyası Ümumdünya Gömrük Təşkilatı tərəfindən təqdim edilən gömrük-biznes əməkdaşlığına əsaslanır. SİO meyarlarına könüllü şəkildə riayət edən ticarətçilər təchizat zəncirinin təhlükəsizliyi üzrə ümumi məqsədə nail olmaq üçün gömrük orqanları ilə əməkdaşlıq edirlər. Gömrük və vergi qanunvericiliyinin tələblərinə riayət olunması sahəsində təcrübəyə malik və iqtisadi fəaliyyət üzrə heç bir hüquqpozmaya yol verməyən, müvafiq təhlükəsizlik və mühafizə tədbirlərini təmin edən, məlumatların qeydiyyatı üzrə qənaətbəxş sistemə və maliyyə imkanlarına malik şirkətlərə gömrük xidməti tərəfindən SİO sertifikatları verilir.

Səlahiyyətli İqtisadi Operatorlar gömrük prosedurları ilə bağlı imtiyazlardan yararlanmaq hüququ əldə edirlər. Beynəlxalq təchizat zənciri təhlükəsizliyinin gücləndirilməsi və qanuni ticarətin asanlaşdırılması məqsədi daşıyan SİO proqramı təchizat zəncirinin bütün iştirakçıları üçün açıqdır.

Bu gün Azərbaycan beynəlxalq ticarətdə strateji nəqliyyat və logistika mərkəzidir. Beynəlxalq ticarətdə baş verən yeniliklər gömrük qarşısında yeni tələblər deməkdir. Bakıda keçiriləcək SİO Beynəlxalq Konfransı gömrük-biznes əməkdaşlığında maraqlı olan şirkətlər üçün nəzərdə tutulur. Konfransda təhlükəsiz biznes mühitinin başlıca elementləri, SİO proqramı üzrə dövlət və özəl sektor təcrübəsi, blok zənciri, gömrük və logistika əməliyyatları kimi təchizat zəncirinin təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.

Konfransın proqramına yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına tanışlıq səfəri də daxildir.

Son xəbərlər

Orphus sistemi