​Bakıda Fransadakı investisiya imkanlarının təqdimatı keçirilib

​Bakıda Fransadakı investisiya imkanlarının təqdimatı keçirilib Səfir: "Azərbaycan investisiyaların yatırımı baxımından böyük potensiala malikdir"
Biznes
23 Sentyabr , 2015 17:48
​Bakıda Fransadakı investisiya imkanlarının təqdimatı keçirilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakıda Azərbaycan sahibkarları üçün Fransadakı investisiya imkanlarının təqdimatı keçirilib. "Report"un məlumatına görə, tədbiri Fransanın Azərbaycandakı səfiri Paskal Mönye açaraq bildirib ki, Azərbaycan inkişaf edən və artan iqtisadiyyatı ilə investisiyaların yatırımı baxımından böyük potensiala malikdir.

P.Monye vurğulayıb ki, Fransa xarici investisiyaların cəlb edilməsi üçün addımlar atır. Məsələn, xüsusi proqram hazırlanıb və həmin proqrama görə, ölkəyə 300 min avro və daha çox investisiya yatıran şəxsə üçillik viza verilir, həmin viza sonradan daha üç il müddətinə uzadıla bilər.

Həmçinin, Azərbaycan vətəndaşlarına Fransaya getmək üçün viza alınması prosesi sadələşdirilib. Səfirin sözlərinə görə, bunun nəticəsində Fransaya səfər edən Azərbaycan vətəndaşlarının sayı son 5 ildə iki dəfə artıb (2010-cu ildə onların sayı təxminən 7 min olub, 2015-ci ildə bu sayın 14 minə çatacağı gözlənilir).

Öz növbəsində, Fransa səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Herve Sarnelli (Herve Sarnelli) Fransa iqtisadiyyatının güclü, etibarlı, şaxələnmiş və investisiyaya açıq olduğunu söyləyib.

Müşavirin sözlərinə görə, ölkəsinin inkişafda edən nəqliyyat infrastrukturu azərbaycanlı iş adamlarının sərmayə qoyuluşları üçün cəlbedicidir.

Son xəbərlər

Orphus sistemi