Yuxarı

Bakıda əməyin mühafizəsi ilə bağlı sammit keçiriləcək

İki günlük sammitdə 15-dən çox beynəlxalq spiker iştirak edəcək

Bakı. 20 mart. REPORT.AZ/ Cari il aprelin 15-16-da Bakıda əməyin mühafizəsi və təhlükəsizlikdə liderlik mövzusunda beynəlxalq sammit keçiriləcək.

"Report"un verdiyi xəbərə görə, sammitdə 15-dən çox beynəlxalq spiker iştirak edəcək. Tədbirin əsas mövzusu işəgötürənin çalışanlarının iş yerindəki təhlükəsizliyini təmin etməklə fəaliyyətə başlamasının vacibliyini maarifləndirməkdən ibarətdir. Tədbirdə bu sahədəki ən yaxşı nümunələrlə tanış olmaq imkanı yaranacaq. Tədbir həm region, həm də beynəlxalq əhatədən olan ölkələrdəki təcrübənin müzakirə edilərək daha yüksək nəticələrin əldə olunmasına hesablanıb.

Qeyd edək ki, tədbirin əsas təşkilatçısı qismidə Slovakiyanın "Fleming Europe" şirkəti çıxış edir. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tədbirə rəsmi dəstək verir. "Report" İnformasiya Agentliyi sammitə informasiya dəstəyi verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi