Bakıda daha bir marketdə müştərilərin aldadıldığı məlum olub

Bakıda daha bir marketdə müştərilərin aldadıldığı məlum olub Əsassız qiymət artımının qarşısı alınıb
Biznes
3 Mart , 2015 11:13
Bakıda daha bir marketdə müştərilərin aldadıldığı məlum olub

Bakı.03 mart. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 92A ünvanında yerləşən “Zeytun” marketdə aparılan yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.

"Report"un Nazirliyə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı istehlakçılara təklif olunan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

Əsassız qiymət artımına yol vermiş şəxs barədə qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi