Yuxarı

Bakıda beynalxalq ticarət sövdələşmələri ilə bağlı seminar keçirilir - FOTO

Tədbir  Azərbaycan Dövlət Gömrük Komitəsi və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi tərəfindən təşkil olunub

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın gücləndirilməsi üzrə Avropa regional ofisində "Beynalxalq ticarət sövdələşmələri və sənədləşmə" mövzusunda seminar başlayıb. "Report" xəbər verir ki, üç gün davam edəcək seminar Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (INCU) tərəfindən təşkil olunub.

DGK sədrinin I müavini Səfər Mehdiyevin də iştirak etdiyi seminarın ilk iş günü "Beynəlxalq ticarət sövdələşmələrində risklər" və "Beynəlxalq ticarət sövdələşmələrində sənədlərin nəzərdən keçirilməsi" mövzularında müzakirələr təşkil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi