Yuxarı
    Bağlamaq

    Bakıda Azərbaycan-Yaponiya biznes festivalı keçiriləcək

    Tədbirin məqsədi Yaponiya və Azərbaycan arasında biznes əlaqələrini genişləndirməkdir

    Bakı. 11 noyabr. REPORT.AZ/ Noyabr ayının 14-15-də Bakıda Azərbaycan-Yaponiya biznes festivalı keçiriləcək.

    "Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyinin rəhbəri Təranə Hüseynova "Report"a bildirib ki, tədbirdə Yaponiyanın səhiyyə, kosmetika, qida sənayesi sahələrində fəaliyyət göstərən 40-a yaxın şirkətinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycan biznes dairələrinin nümayəndələri, eləcə də Yaponiyanın iqtisadiyyat sahəsində eksperti Kazuyaşi İşida iştirak edəcək. 

    T.Hüseynovanın sözlərinə görə, tədbirin keçirilməsində əsas məqsəd Yaponiya və Azərbaycan arasında biznes əlaqələrini genişləndirməkdir. O bildirib ki, Azərbaycan-Yaponiya biznes festivalının Tokioda da keçirilməsi planlaşdırılır. 

    Sədr əlavə edib ki, tədbir Yaponiya şirkətlərinin TAP, TANAP, "Khazar Islands" və s. layihələrə cəlb olunmasına yönəlib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi