Yuxarı

Bakıda Azərbaycan-Serbiya iqtisadi əlaqələri müzakirə olunub

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Serbiyanın baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya nazirini qəbul edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycana səfəri çərçivəsində Serbiyanın baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin qəbulunda olub.

"Report"un verdiyi xəbərə görə, görüşdə Ş.Mustafayev bildirib ki, Azərbaycanla Serbiya arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, hökumətlərarası komissiyanın fəaliyyəti əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır. 

Ş.Mustafayev iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika, investisiya, kənd təsərrüfatı, nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. 

Serbiyanın ticarət, turizmvə telekommunikasiya naziri isə öz növbəsində ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi