Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib. “Report” xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı, sənaye, maliyyə, konsaltinq, tikinti, logistika və xidmət sahəsində fəaliyyət göstərən 80-dən çox iş adamı iştirak edib.
Biznes
16 Noyabr , 2017 18:12
Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib. “Report” xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı, sənaye, maliyyə, konsaltinq, tikinti, logistika və xidmət sahəsində fəaliyyət göstərən 80-dən çox iş adamı iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Rusiya əlaqələrinin strateji əməkdaşlıq səviyyəsində olduğunu, iki ölkə arasında Rusiya ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Nazir müavini bildirib ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb. 2017-ci ilin 9 ayı ərzində hər iki ölkə arasında ticarət əlaqələri ötən ilin müvafiq dövrünə nisbətən 6,5% artıb, Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Son 5 il ərzində Azərbaycan və Rusiya arasında 50-ə yaxın biznes-forum və işgüzar görüşlərin keçirildiyini vurğulayan nazir müavini hazırkı işgüzar görüşün iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişaf qeyd edib.

Rusiyanın Sankt-Peterburq nümayəndə heyətinin rəhbəri, Sankt-Peterburqun Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev Azərbaycan və Sankt-Peterburq arasında iqtisadi əlaqələrin inkişafı barədə məlumat verib və Sankt-Peterburqun iqtisadi potensialına dair təqdimatla çıxış edib.

"Azpromo"nun rəhbəri Rüfət Məmmədov son dövrlər Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi, investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, ixraca dəstək mexanizmlərinin Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, hazırda Azərbaycanın növbəti ixrac missiyası Rusiyanın Sankt-Peterburq şəhərindədir.

Tədbirdə Azərbaycan-Rusiya İşgüzar Şurasının icraçı direktoru Çingiz Məmmədyarov “Azərbaycanda biznes imkanları” və “X5 Retail Group” marketlər şəbəkəsinin Şimal-Qərb ölkələri üzrə filialının baş direktorunun müavini Olqa Volkova “İri marketlər şəbəkələrinin rəflərinə necə çıxmalı" mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirdə Sankt-Peterburqa aid film nümayiş olunub.

İşgüzar görüş iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi