Yuxarı

​Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib

Tədbir İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə baş tutub

Bakı. 8 avqust. REPORT.AZ/ Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib. 

"Report" xəbər verir ki, tədbir İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə baş tutub. 

Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycanla Rusiya arasındsa münasibətlər bir çox sahələrdə inkişaf edib: "Azərbaycanla Rusiyanın hər zaman sıx əlaqələri, iş birliyi olub. Bu gün çox önəmli gündür, Azərbaycan, Rusiya və İran dövlət başçıları Bakıda görüşəcək. Bu ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə şərait yaradacaq. Bakıda daha bir biznes forum keçiriləcək. Bu forumlar iki ölkənin sahibkarlarının eməkdaşlıq etmək üçün əlaqə qurmalarına imkan yaradır. Rusiyanın Azərbaycana qoyduğu sərmayədən əldə olunan gəlir 2 mlrd. dollar təşkil edib". 

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev isə qeyd edib ki, iki ölkə arasında iqtisadiyyat, ticarət və xidmət sektorunda 30-dan çox hüquqi sənəd mövcuddur: "Ölkələr arasında xidmət ticarəti dövriyyəsi artır və ötən il bu göstərici 0,5 mlrd. dollar təşkil edib. Hazırda 380 mln. dollar həcmində 10 layihə dəstəklənib. Bu layihələr farmosevtika, metallurgiya, radiotexnika və elektronika və qida sənayesini və s. əhatə edir. Eyni zamanda, 15 layihə hazırda işlənmə mərhələsindədir. Bunlar avtomobil təchizatı, yeraltı və dəmiryolu nəqliyyatı və ümumi nəqliyyat malları, metallurgiya və digər sahələri əhatə edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi