​Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

​Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək Tədbirdə iş adamları ilə yanaşı, rəsmi şəxslərin də iştirakı nəzərdə tutulur
Biznes
14 İyun , 2016 18:55
​Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Bakı. 14 iyun. REPORT.AZ/ Bakıda iyunun 20-də Azərbaycan-Rusiya biznes forumu keçiriləcək. 

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, tədbir qurumun dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.

Biznes-forumda rəsmi şəxslərlə yanaşı, sənaye, maliyyə, energetika, nəqliyyat, ticarət, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur.

Biznes forumda Azərbaycan və Rusiya arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq, təqdimatlar və ikitərəfli görüşlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi