Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, forum oktyabrın 20-də Qazaxıstanın İnvestisiyalar və İnkişaf Nazirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.
Biznes forumda azərbaycanlı həmkarları ilə birgə 20 qazax şirkəti iştirak edəcək.