Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda Azərbaycan, Pakistan və Türkiyənin birgə ticarət sərgisi keçiriləcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, sərgi 2019-cu ilin aprel ayında baş tutacaq.
Sərgidə farmakoloji, tibbi, kosmetik məhsullar, cərrahi alətlər, elektrik cihazları, tekstil, idman geyimləri, mebel, ev əşyaları, qida məhsulları və aksesuarlar nümayiş olunacaq.
Pakistanın Ticarətin İnkişafı İdarəsinin məlumatına görə, sərgidə iştirak haqqı 80 min rupiyə qədər (təxminən, 1910 AZN) olacaq. İştirak etmək istəyən şirkətlər dekabrın 17-dək müraciət etməlidirlər.