Bakıda Maliyyə İnnovasiya Forumu keçirilir - FOTO

Bakıda Maliyyə İnnovasiya Forumu keçirilir - FOTO Forumda İslam bankçılığı, daşınmaz əmlaka investisiyalar, "start-up"ların Azərbaycandakı vəziyyəti müzakirə ediləcək
Biznes
27 May , 2015 12:10
Bakıda Maliyyə İnnovasiya Forumu keçirilir - FOTO

Bakı. 27 may. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Maliyyə İnnovasiya Forumu işə başlayıb. Forumda müxətlif şirkətlər və bank nümayəndələri, o cümlədən yerli banklarla yanaşı Böyük Britaniya, İsveçrə və Andorradan maliyyə sahəsində çalışan mütəxəssislər iştirak edirlər.

"Report"un verdiyi xəbərə görə, forumda beynəlxalq investisiya fondlarının yaradılması və onların idarə edilməsi, beynəlxalq investisiyalar və vergi, daşınmaz əmlaka investisiyalar, islam bankçılığı kimi mövzular müzakirə ediləcək. Tədbirdə iştirakçılar İslam bankçılığının Azərbaycan təcrübəsi və birgə investisiyalar barədə ölkədə bu sahədə əsas mərkəz olan Azərbaycan Beynəlxalq Bankı İslam bankçılığı Departamentinin rəhbəri tərəfindən məlumatlandırılacaq. Xüsusilə də daşınmaz əmlaka investisiyalarda "yaşıl binalara" investisiyanın əhəmiyyəti müzakirə ediləcək. 

Bundan başqa, tədbirdə müzakirə ediləcək mövzular arasında Azərbaycanda "start-up"lar, bu sahədə mövcud problemlər və imkanlar yer alıb. İştirakçılara bu sahədə öz fikirlərini bölüşmək imkanı veriləcək. 

Bildirək ki, iki günlük forum "Hansa Fincon" və "Khazar Ventures" şirkətləri tərəfindən təşkil edilib.

Son xəbərlər

Orphus sistemi