Yuxarı

​Bakıda Azərbaycan-İspaniya biznes-forumu keçiriləcək

Forum aprelin 26-da Bakı Biznes Mərkəzində baş tutacaq

Bakı. 18 aprel. REPORT.AZ/ İspaniyanın sənaye, energetika və turizm naziri Xose Manuel Soriyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-İspaniya biznes-forumu keçiriləcək.

“Report” Azpromo-ya istinadən xəbər verir ki, foruma tikinti, nəqliyyat, enerji, sənaye, qida, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq İspaniya şirkətinin qatılacağı gözlənilir.

Tədbir aprelin 26-da saat 11:00-dan etibarən Bakı Biznes Mərkəzində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr forumda iştiraka dəvətlidir.

Qeyd edək ki, ispaniyalı nazir "Panama sənədləri" qalmaqalı ilə əlaqədar aprelin 15-də tutduğu bütün dövlət və siyasi vəzifələrdən istefa verib. İspaniyanın Azərbaycandakı səfirliyindən isə Azpromo-ya bildirilib ki, Bakı səfərində ispan nümayəndə heyətinə digər rəsmi şəxs rəhbərlik edəcək və hazır onun kim olacağı ilə bağlı müzakirələr aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi