Yuxarı

Bakıda Azərbaycan-İran Hökumətlərarası Komissiyasının iclası keçirilir

Bu gün Bakıda Azərbaycan-İran Hökumətlərarası Komissiyasının 13-cü iclası işə başlayıb.

“Report”un məlumatına görə, iclası giriş sözü iqtisadiyyat naziri Şahin Mustafayev açıb.

Daha sonra İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd çıxış edib. Onun sözlərinə görə, iclasda imzalacaq sənədlər iki ölkənin gələcək əməkdaşlığımı əks etdirəcək.

“Bu gün imzalanacaq sənədlərin icrası ilə məşğul olan komitə yaratdıq. Məqsədimiz növbəti iclasa qədər problemləri, nöqsanları aradan qaldırmaq, lazımi işləri həyata keçirməkdir. İki ölkə arasında müştərək investisiyaları artırmalıyıq”, - o deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi