Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib

Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib Səfir: "Azərbaycanla Hindistan arasında iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf edir"
Biznes
13 Mart , 2018 19:40
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib

Bakı. 13 mart. REPORT.AZ/ "Azərbaycanla Hindistan arasında iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf edir".

"Report" xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Bakıda keçirilən Hindistan-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, iqtisadi baxımdan Hindistanın PHD Ticarət və Sənaye Palatası iqtisadi əlaqələrin inkişafında önəmli yerə malikdir: "Hər iki ölkənin istəklərinə uyğun olaraq ticarət əlaqələri inkişaf edir".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə çıxışında iki ölkə arasında iqtisadi münasibətlərin tarixinin qədim olduğunu bildirib: "Hindistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük imkanlar var. Bu forum iş adamlarını daha aktiv əməkdaşlığa təşviq edəcək".

Nazir müavini qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi artır: "Bu rəqəm 2015-ci ildə 50 milyon, 2017-ci ildə isə 463 milyon ABŞ dolları təşkil edib. Ancaq ikitərəfli ticarət hazırda ölkələrin potensialını əks etdirmir. İki ölkə bir sıra sahələrdə əməkdaşlığı daha da genişləndirmək potensialına malikdir".

F.Əliyev vurğulayıb ki, turizmin inkişafı iki ölkə arasında prioritet istiqamətlərdən biridir: "Hazırda birbaşa və çarter reyslərinin həyata keçirilməsi istiqamətində danışıqlar aparılır".

Sonda Azərbaycan ilə Hindistan arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Hindistan PHD Ticarət və Sənaye Palatasından Saurab Sanyal, Azərbaycandan isə ASK-nin prezidenti Məmməd Musayev, AZPROMO-dan Rüfət Məmmədov imzalayıblar.

Son xəbərlər

Orphus sistemi