Yuxarı

​Bakıda Azərbaycan-Həştərxan işgüzar görüşü keçirilib

Tərəflər qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsində maraqlıdır

Bakı. 26 may. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-Həştərxan vilayəti (Rusiya) işgüzar görüşü keçirilib.

"Report"un məlumatına görə, tədbiri Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov açıb. 40-dan artıq iş adamının iştirakı ilə keçirilən görüşdə N.Səfərov Rusiya ilə Azərbaycan arasında 2 mlrd. ABŞ dolları civarında iqtisadi əməliyyatlar aparıldığını deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 599 Rusiya kapitallı şirkət fəaliyyət göstərir.
Nazir müavini Azərbaycanın Həştərxan vilayəti ilə münasibətlərin yüksəlməsində maraqlı olduğunu, ticarət əlaqələrində əsasən qeyri-neft sektorunun üstünlük təşkil etdiyini deyib.

Toplantıda çıxış edən Rusiya Federasiyasının Həştərxan vilayəti hökumətinin sədri, vilayətin vitse-qubernatoru Konstantin Markelov vilayət haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi vilayət Xəzər regionu ilə əməkdaşlığa böyük əhəmiyyət verir.

Daha sonra tədbirdə Həştərxan vilayəti haqqında video çarx təqdim edilib və iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi