Bakıda Azərbaycan-Estoniya hökumətlərarası komissiyasının iclası keçirilib

Bakıda Azərbaycan-Estoniya hökumətlərarası komissiyasının iclası keçirilib Niyazi Səfərov: "Ticarət dövriyyəsinin səviyyəsi iki ölkənin potensialına uyğun deyil"
Biznes
7 Aprel , 2017 11:46
Bakıda Azərbaycan-Estoniya hökumətlərarası komissiyasının iclası keçirilib
Report.az

Bakı. 7 aprel. REPORT.AZ/ Bakıda Azərbaycan-Estoniya hökumətlərarası komissiyasının iclası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə hökumətlərarası komissiyaların həmsədrləri - Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Estoniyanın dövlət idarəçiliyi naziri Mixail Korb çıxış ediblər.

Nazirlər çıxışlarında ölkələr arasında ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd ediblər.

Öz növbəsində, Estoniya Xarici İşlər Nazirliyinin İqtisadi İnkişaf Departamentinin direktoru Kaapu Reede iki ölkənin intensiv şəkildə əməkdaşlıq edə biləcəyi sahələr haqqında danışıb. O, iki ölkə arasında ticarətin artırılması üçün səylər göstərilməsinin zəruri olduğunu qeyd edib.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkələrimiz arasında 15 saziş imzalandığını, Azərbaycanda 22 Estoniya şirkətinin fəaliyyət göstərdiyini bildirib. Eyni zamanda, o, ticarət dövriyyəsinin səviyyəsinin iki ölkənin potensialına uyğun olmadığını vurğulayıb.

N.Səfərov, həmçinin Estoniyanın nümayəndə heyətinə Dağlıq Qarabağ münaqişəsi və erməni işğalının nəticələri barədə məlumat verib.

İclasın yekununda Əməkdaşlıq protokolu imzalanıb. 

Son xəbərlər

Orphus sistemi