Yuxarı
    Bağlamaq

    Bakıda Azərbaycan-Estoniya biznes-forumu keçiriləcək

    Forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən Estoniya şirkətlərinin iştirakı gözlənilir

    Bakı. 4 aprel. REPORT.AZ/ Aprelin 7-də Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının III iclası çərçivəsində Bakıda Azərbaycan-Estoniya biznes-forumu keçiriləcək.

    Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

    Sözügedən forum İqtisadiyyat Nazirliyinin dəstəyi və “Azpromo”nun təşkilatçılığı ilə baş tutacaq. Burada iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən Estoniya şirkətlərinin iştirakı nəzərdə tutulur.

    Biznes-forumda iştirak etmək istəyənlər qeyd edilən tarixdə saat 10:30-da Bakı Biznes Mərkəzində (Neftçilər prospekti,32) qeydiyyatdan keçiriləcək. Sahibkarlar və işgüzar dairələr forumda iştiraka dəvətlidirlər.

    Tədbirlə maraqlanan şirkətlərdən onları təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: (012) 598 01 47/48 və ya (012) 437 11 42, daxili 108 və ya 123, e-mail: vmirzayev@azpromo.az) “Azpromo”ya göndərmələri xahiş olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi