Bakıda Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşü keçiriləcək

Bakıda Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşü keçiriləcək Bakı. 8 noyabr. REPORT.AZ/ Noyabrın 15-də Bosniya və Herseqovinanın iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Bosniya və Hersoqovina İşgüzar Görüşü keçiriləcək.
Biznes
8 Noyabr , 2017 12:12
Bakıda Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşü keçiriləcək

Bakı. 8 noyabr. REPORT.AZ/ Noyabrın 15-də Bosniya və Herseqovinanın iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Bosniya və Hersoqovina İşgüzar Görüşü keçiriləcək.

“Report” bu barədə AZPROMO-ya istinadən xəbər verir.

Məlumata görə, işgüzar görüşdə qarşı tərəfdə sənayenin müxtəlif sahələrini təmsil edən şirkətlər iştirak edəcəklər.

Tədbir saat 10:30-da etibarən Bakı Biznes Mərkəzində (Səbail rayonu, Neftçilər prospekti, 32 ünvanında) başlayacaq. İşgüzar görüşdə iştirak etmək istəyən şirkətlər onları təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini telefonla ((012) 598 01 47/48 və yaxud (012) 437 11 42, daxili: 123, 119, 108) və yaxud e-poçtla ([email protected]) AZPROMO-ya bildirə bilərlər.

Son xəbərlər

Orphus sistemi