Bakıda Azərbaycan-BƏƏ biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-BƏƏ biznes forumu keçiriləcək Forum oktyabrın 20-də baş tutacaq
Biznes
6 Oktyabr , 2016 18:34
Bakıda Azərbaycan-BƏƏ biznes forumu keçiriləcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 20-də Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Tədbirdə kənd təsərrüfatı və qida sənayesi, tikinti, əczaçılıq, qablaşdırma, logistika, turizm, ətir istehsalı, təhlükəsizlik, yanğından mühafizə sistemləri, uniforma istehsalı və s. sahələrdə fəaliyyət göstərən BƏƏ şirkətlərinin iştirakı gözlənilir.

Forumda iştirak etməkdə maraqlı olan Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar “Azpromo”ya (əlaqəli şəxs: Anar Nuriyev, tel.: (+99412) 598 01 47/48 (daxili 123), e-mail: [email protected]) müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi