Yuxarı

Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib

​Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib

Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilib. 

"Report" Nazirliyə istinadən xəbər verir ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tekstil, logistika və digər sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib.

Biznes forumda Ticarət və Sənaye Palatasının rəhbəri Niyaz Əlizadə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Avstriyanın Türkiyə, Azərbaycan və Gürcüstan regionu üzrə Xarici iqtisadi əlaqələr nümayəndəsi Georg Karabaczek çıxış edərək Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları barədə məlumat verib, iş adamlarını mövcud potensialdan yararlanmağa dəvət edib.

Sonra Azərbaycanın biznes və investisiya mühiti, Avstriya iqtisadiyyatı haqqında təqdimatlar keçirilib.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi