Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilir

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilir Tədbirə 400 sahibkar qatılıb
Biznes
8 İyun , 2017 09:50
Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilir

Bakı. 8 iyun. REPORT.AZ/ Bakıda sayca 3-cü Avropa İttifaqı-Azərbaycan biznes-forumu işə başlayıb. 

"Report"un məlumatına görə, tədbir Avropa İttifaqının (Aİ), Alman-Azərbaycan Xarici Ticarət Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə təşkil olunub. 

Biznes-forum çərçivəsində iqtisadi islahatlar, kənd təsərrüfatı və qida, ətraf mühit texnologiyaları, nəqliyyat və loqistika, informasiya və kommunikasiya texnologiyalar, elektron ticarət mövzularında çıxışlar olacaq. 

Tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Şahin Mustafayev açıq elan edib. Nazir bildirib ki, bu biznes-foruma böyük maraq var: "Məndə olan məlumata görə, tədbirə 400 iş adamı qatılıb. Bunun 100-ü Aİ ölkələrindən, 300-ü isə Azərbaycandandır".

Son xəbərlər

Orphus sistemi