Bakıda vergi konfransı işə başlayıb

Bakıda vergi konfransı işə başlayıb Tədbir Amerika Ticarət Palatası və Azərbaycan Vergilər Nazirliyi tərəfindən təşkil olunub
Biznes
18 Yanvar , 2016 09:38
Bakıda vergi konfransı işə başlayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Bakıda Amerika Ticarət Palatası (AmCham) Azərbaycan Vergilər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Vergi sistemində inkişaf və əməletmə” mövzusuna həsr olunmuş 5-ci illik Vergi Konfransı işə başlayıb.

"Report"un məlumatına görə, konfrans iki paneldən ibarət olacaq. Konfransın proqramına müvafiq olaraq I panel üzrə Azərbaycanda vergi idarəçiliyi və onun təkmilləşdirilməsi istiqamətləri, II panel üzrə isə vergi inzibatçılığı və vergi ödəyicisi ilə vergi orqanları arasındakı kommunikasiyanın təkmilləşdirilməsi mövzuları ətrafında çıxışlar nəzərdə tutulub.

Tədbiri giriş sözü ilə AmCham-ın prezidenti İlqar Vəliyev açaraq tədbirin mahiyyəti haqqında məlumat verib.

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin rəhbəri Natiq Şirinov isə Vergi Məcəlləsində aparılan son dəyişikliklər barəsində məlumat verib: "İllik dövriyyəsi 200 min manata qədər olan pərakəndə xidmət və iaşə xidməti obyektlərinin sahibləri müvafiq olaraq sadələşdirilmiş qaydada 6% və 8% vergi ödəyəcəklər. Bu sahədə şəffaflığa riayət etməyənlər ilk dəfə 2 min, ikinci dəfə 4 min, növbəti dəfə isə 6 min manat cərimə ediləcək".

Son xəbərlər

Orphus sistemi