Yuxarı

"Bakı Yükavtonəqliyyat"a baş direktor təyin ediləcək

ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

Bakı. 4 oktyabr. REPORT.AZ/ Noyabrın 6-da, saat 11:00-da "Bakı Yükavtonəqliyyat" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında baş tutacaq. 

Toplantının gündəliyinə Cəmiyyətin 2015-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və illik balans hesabatının təsdiqi, tək başçı icra orqanının (baş direktorun) seçilməsi, Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi və s. məsələlərin müzakirəsi daxildir.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi