“Bakı Toxuculuq Qalantereya” səhmdarlarına hesabat verəcək

“Bakı Toxuculuq Qalantereya” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
25 Aprel , 2017 09:09
“Bakı Toxuculuq Qalantereya” səhmdarlarına hesabat verəcək

Bakı. 25 aprel. REPORT.AZ/ İyunun 9-da, saat 10:00-da “Bakı Toxuculuq Qalantereya” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Cəmiyyətin Müşahidə Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, 39 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı il üzrə maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Bakı Toxuculuq Qalantereya” ASC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 321 168 manatdır. 

Son xəbərlər

Orphus sistemi