"Bakı Toxuculuq-Qalantereya"nın idarəetmə orqanları yenidən seçiləcək

"Bakı Toxuculuq-Qalantereya"nın idarəetmə orqanları yenidən seçiləcək ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Biznes
13 Oktyabr , 2016 09:20
Bakı Toxuculuq-Qalantereyanın idarəetmə orqanları yenidən seçiləcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ Noyabrın 15-də, saat 10:00-da "Bakı Toxuculuq-Qalantereya" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Cəmiyyətin Müşahidə Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib.

Yığıncaq ASC-nin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi,39 ünvanında baş tutacaq. Onun gündəliyinə müəssisənin yeni nizamnaməsinin qəbul edilməsi, idarəetmə orqanlarının yenidən seçilməsi və digər məsələlər daxildir. Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Xatırladaq ki, "Bakı Toxuculuq-Qalantereya" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 321 168 manatdır. 

Son xəbərlər

Orphus sistemi