​Bakı qəsəbələrində güzəştli kreditlər hesabına iri istixana kompleksləri yaradılır

​Bakı qəsəbələrində güzəştli kreditlər hesabına iri istixana kompleksləri yaradılır SKMF Türkan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib
Biznes
23 Sentyabr , 2015 19:08
​Bakı qəsəbələrində güzəştli kreditlər hesabına iri istixana kompleksləri yaradılır

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunun Türkan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən “Report”a bildirilib ki, işgüzar forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Xəzər rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

70-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana, zeytunçuluq və üzümçülük (istixana şəraitində) təsərrüfatlarının, ət kəsimi, üzlük daşların və plastik qabların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulayıb.

SKMF bu ilin ötən dövrü ərzində ölkə üzrə 4100-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 145,4 mln. manat güzəştli kredit verilib. 

Son xəbərlər

Orphus sistemi