Yuxarı

"Bakı Gəmiqayırma Zavodu"nda 6 gəminin inşasına başlanılıb

"Bakı Gəmiqayırma Zavodu"nda 6 layihə icrasına başlanılıb
© Report / Firi Salim

Hazırda "Bakı Gəmiqayırma Zavodu"nda 6 gəminin inşası həyata keçirilir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə Zavodun baş meneceri İmanverdi Həsənov deyib.

"Bu gəmilərdən 4-ü tanker tipli, 2-i isə bərə gəmisidir. Tankerlərin birinin qiyməti 14 mln. dollar, "Ro-Pax" tipli gəmi-bərələrin qiyməti isə 41 mln. dollara başa gəlir".

İ.Həsənovun sözlərinə görə, gələcəkdə zavod digər ölkələr üçün də gəmi tikintisi həyata keçirə bilər. 

O, həmçinin əlavə edib ki, hazırda zavodda 1 390 nəfərə yaxın yerli işçi, 200 nəfərə yaxın isə podratçı şirkətlərin xarici işçiləri çalışır: "Təxminən ümumi işçi qüvvəsinin 5%-i xaricilərdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi