“Bakı Dəmir Beton-4” səhmdarlarına divident ödəyəcək

“Bakı Dəmir Beton-4” səhmdarlarına divident ödəyəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
12 Aprel , 2017 09:34
“Bakı Dəmir Beton-4” səhmdarlarına divident ödəyəcək

Bakı. 12 aprel. REPORT.AZ/ İyunun 10-da “Bakı Dəmir Beton-4” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, yığıncağın gündəliyinə müəssisənin İdarə Heyətinin (İH) və Təftiş Komissiyasının (TK) hesabatının dinlənilməsi və təsdiq edilməsi, İH, TK, Direktorlar Şurasının və Hesablama Komissiyasının seçilməsi, eləcə də dividentlərin bölüşdürülməsi məsələləri daxildir.

Xatırladaq ki, “Bakı Dəmir Beton-4” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 760 880 manatdır. 

Son xəbərlər

Orphus sistemi