Yuxarı

Bakı Biznes Tədris Mərkəzi bölgələrdə növbəti maarifləndirmə treninqini keçirib

Mərkəzin növbəti tədbiri Gəncədə olub

Bakı. 4 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi gənclərin maarifləndirilməsi istiqamətində Mərkəzin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhərində tədbir keçirib. 

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, gənclərə biznes ideyanın yaradılması və biznesin təşkili istiqamətlərində nəzəri biliklərin, praktiki bacarıqların və beynəlxalq təcrübənin aşılanması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə Tədris Mərkəzi bu il də regionlarda maarifləndirmə tədbirlərini davam etdirir.

“Biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularını əhatə edən treninqdə gənclərə biznes-ideyanın yaradılması, həyata keçirilməsi yolları, biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması və s. barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Mərkəz tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi