​Bakı Biznes Tədris Mərkəzi bölgələrdə növbəti maarifləndirmə treninqləri keçirib

​Bakı Biznes Tədris Mərkəzi bölgələrdə növbəti maarifləndirmə treninqləri keçirib Mərkəz sahibkarları maarifləndirmə tədbirlərini davam etdirir
Biznes
10 Dekabr , 2015 19:41
​Bakı Biznes Tədris Mərkəzi bölgələrdə növbəti maarifləndirmə treninqləri keçirib

Bakı. 10 dekabr. REPORT.AZ/ Dekabrın 10-da İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Qazax nümayəndəliyinin təşkilatçılığı ilə isə Qazaxda sahibkarlar üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla”, “Üzümçülüyün inkişaf perspektivləri” mövzularında treninqlər keçirilib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, tədbirlərdə biznes ideyanın formalaşdırılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Eyni zamanda treninqlərdə iştirakçılara nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumat verilib.

Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi