Yuxarı

​“Bakcell” uşaqlar üçün yeni internet paketlərini istifadəyə verib

Şirkətin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib ki, şirkətin təqdim etdiyi yeni xidmət valideynlərə də şərait yaradacaq

Bakı. 19 may. REPORT.AZ/ “Bakcell” şirkəti uşaqlar üçün daha təhlükəsiz olmasını təmin edən yeni internet paketlərini istifadəyə verib. “Report”un məlumatına görə, “Bakcell” şirkətinin təklif etdiyi bu yeni internet paketləri və “Enginet” şirkətinin təklif etdiyi “İnternet Filtrasiya Xidməti” sayəsində “Bakcell” abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadə etməsini təmin edə biləcəklər.

Məlumatda deyilir ki, “Enginet” şirkəti tərəfindən istifadə edilən “Websense” filtrasiya sistemi tərkibində uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır. Təhlükəsiz İnternet Paketlərini alan “Bakcell” müştəriləri daxil olduqları veb səhifələri filtrasiya edərək, öz uşaqlarını bir sıra zərərli məzmunlardan qoruya biləcəklər. Həmin zərərli məzmunalar arasında öyüklər üçün materiallar: böyüklər üçün məzmun, qadın alt paltari və çimərlik geyimi, çilpaqliq və seksual məzmun, cinsi tərbiyə, narkotiklər: sui-istifadə olunan narkotik maddələr, marixuana, reseptlə buraxılan dərman vasitələri, əlavələr və tərkibi nəzarət olunmayan birləşmələr, qumar oyunları, qanunsuz və ya şübhə doğuran, davakarvə ekstremist, parkeddomain, irqçivə nifrətifadə edən, şit, bayağı, zorakılıq, silahlarvə stifadəçitərəfindənmüəyyənolunan: bloklaşdırılıb (fərdi) daxildir.

“Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib ki, şirkətin təqdim etdiyi yeni xidmət valideynlər üçün də şərait yaradacaq:

“Əslində, düzgün istifadə olunduğu halda, internet uşaqların inkişafı üçün çox faydalıdır və bu gün o, təhsil sisteminin olduqca mühüm bir tərkib hissəsidir. Bununla belə, biz valideynlər uşaqlarımızın internetdən necə istifadə etmələrinə hər an nəzarət edə bilmirik. İnternet mühitində uşaqlarımızın diqqətindən uzaq saxlamaq istədiyimiz xeyli zərərli məzmun var. Bunu nəzərə alaraq, öz uşaqlarını internetdəki arzuolunmaz məzmundan qorumaq məqsədi ilə valideynlər üçün arzuolunmaz veb-səhifələri filterdən keçirmək imkanının yaradılması olduqca vacib və aktual məsələyə çevrilir. Bizim təklif etdiyimiz yeni paketlər də məhz bu problemin həllinə yönəlib. “Bakcell” və “Enginet” böyük məmnuniyyətlə müştərilərimizin böyük seqmenti üçün nəzərdə tutulmuş Təhlükəsiz İnternet Paketlərini təklif edir. Biz inanırıq ki, öz uşaqlarının internetdə yalnız təhlükəsiz məzmuna baxmasını istəyən valideynlər üçün bu təklif olduqca cəlbedici olacaq”.

“Sosial məsuliyyətli bir şirkət olaraq, “Bakcell” şirkəti uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiya olunmasını həmişə xüsusi diqqət mərkəzində saxlayır. Bizim həyata keçirdiyimiz “Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə, gələcəkdə onların daha yaxşı həyatının təminatına töhfə verilir. Uşaqlar üçün təhlükəsiz internet həllinin təklif olunması da bu cür fəaliyyətlərin bir hissəsidir”, - deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru əlavə edib.

Uşaqlarınızı yuxarıda qeyd olunan arzuolunmaz məzmundan müdafiə etmək üçün siz sadəcə *134*10#YES yığaraq və ya “10” yazıb 5934 qısa nömrəsinə SMS göndərərək, “Bakcell” şirkətinin təklif etdiyi Təhlükəsiz İnternet Paketlərini əldə etməlisiniz. 10 GB təhlükəsiz internet paketinin qiyməti 10 manat təşkil edir. Bu paket mobil telefon və ya noutbuk kimi istənilən cihazlarda istifadə oluna bilər.

Aktivləşdirmə prosesində arzuolunmaz məzmun sistem vasitəsilə sizin mobil internet paketinizdən avtomatik olaraq filtrasiya ediləcək.

“Uşaqların internet mühitində mövcud olan bütün mümkün təhlükələrdən müdafiə olunması məsələsinin vacibliyi danılmazdır. Belə bir məhsulun bütün mobil operatorların portfellərində olması mütləq şərtdir. Virtual aləm real həyatdan heç də az təhlükəli olmaya bilər: burada virtual cinayətlər, xuliqanlıq, zərərli, pornoqrafik, bütün növ pozğunluqları, əxlaqsızlığı, aqressivliyi yayan materiallar və sosial təhlükəli məzmun, hətta intihara həsr olunmuş veb-səhifələr var. Bu cür təhlükələr uşaqlara ciddi fiziki və psixoloji zərər yetirə bilər. Son illər mobil cihazlardan istifadənin artması ilə bağlı bu məsələ daha vacib xarakter alır. Orta məktəblərdə, hətta məktəbəqədər müəssisələrdə oxuyan uşaqlar müxtəlif mobil cihazlardan istifadə edirlər. Uşağı real təhlükə olan virtual aləmlə təkbaşına necə buraxmaq olar? Ya gərək qadağa qoya, ya da qoruyasan. Qadağan etmək, demək olar ki, heç mümkün deyil, çünki bu texnologiyalar artıq bizim həyatımızın bir hissəsinə çevrilib, ona görə də nizamlamaq və müdafiə etmək lazımdır. Yeganə yol budur” , - deyə “Enginet” şirkətinin baş kommersiya direktoru Aydın Əsgərov birdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi