“Bakcell” ona borcu olan iki şirkəti məhkəməyə verib

“Bakcell” ona borcu olan iki şirkəti məhkəməyə verib ​“Bakcell” iki borclu şirkəti məhkəməyə verib
Biznes
11 Yanvar , 2019 17:16
“Bakcell” ona borcu olan iki şirkəti məhkəməyə verib

Bakı. 11 yanvar. REPORT.AZ/ “Bakcell” MMC iki şirkəti məhkəməyə verib. 

“Report” xəbər verir ki, bununla bağlı mobil operator 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 

“Bakcell”in iddia qaldırdığı şirkətlər ona borcu olan "Israil Ahmadov Investment" və “Azərinşaatservis" MMC-lərdir. İddiaya görə, şirkətlər mobil operatorla imzaladıqları müqavilə üzrə tələbləri yerinə yetirməyiblər. Hər iki iddia üzrə keçiriləcək məhkəməyə sədrliyi hakim Fərid Mədətli edəcək.

Son xəbərlər

Orphus sistemi