Yuxarı

​Bakının Suraxanı rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Əmircan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib

Bakı. 1 oktyabr.REPORT.AZ/ Bu gün Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.

İqtisadiyyat və Sənayə Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan (SKMF)"Report"a verilən məlumata görə, forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

SKMF tərəfindən Suraxanı rayonunda ixtisaslaşdırılmış "yaşıl market"in, fermer mağazalarının, müasir ət kəsimi müəssisəsinin, müasir istixana təsərrüfatının və zeytunçuluq təsərrüfatlarının yaradılması kimi prioritet hesab olunan sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi