Yuxarı

Bakıda ​Yaponiya mallarının sərgisi keçiriləcək

Festivalda qonaqlar 40-dan çox şirkətin müxtəlif sahələrdə təqdim etdiyi məhsulları ilə tanış ola biləcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Noyabrın 14-15-də Bakıda yaponiyalı iş adamları tərəfindən Yaponiya istehsalı mallarının sərgisi keçiriləcək. Bu barədə "Report"a Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tədbir saat 10:00-dan 17:00-dək Kiçik Karvansarayda ("Art Garden") təşkil olunacaq. Məlumata görə, festivalın məqsədi Yaponiya və Azərbaycanın iş adamları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Festivalda qonaqlar 40-dan çox şirkətin müxtəlif sahələrdə təqdim etdiyi məhsullarla tanış olacaq.

Sərginin birinci günü yalnız biznesmenlərin iştirakı nəzərdə tutulub, ikinci gün isə istənilən şəxs tədbirə gələ bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi