Yuxarı

Böyük Britaniyanın nümayəndə heyəti Azərbaycana səfər edəcək

Böyük Britaniyanın Ticarət və sərmayələr Departamenti müşavirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Böyük Britaniyanın Ticarət və sərmayələr Departamentinin müşaviri Mark Hiqqinsin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. "Report" Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, sentyabr ayının 30-dan oktyabr ayının 2-dək davam edəcək səfər zamanı nümayəndə heyəti Azərbaycan şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

Nümayəndə heyətinin tərkibinə Britaniyanın təhsil, telekommunikasiya, maşınqayırma və idarəetmə konsaltinqi sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxildir. Səfər Azərbaycan və Böyük Britaniya sahibkarları arasında ticari və işgüzar əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi