Əgər 2010-2011-ci illərdə Azərbaycan rəqabət qabiliyyətlilik reytinqində 57-ci pillədə olubsa, 2011-2012-ci illərdə 55-ci, 2012-2013-cü illərədə 46-cı, 2013-2014-cü illərdə 39-cu yeri tutub.
Rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan artıq altı ildir ki, MBD məkanında liderdir. Siyahıda MDB ölkələrindən daha sonra Qazaxıstan (50-ci yer), Rusiya (53), Ukrayna (76), Ermənistan (85) gəlir.
Türkiyə reytinqin 45-ci pilləsində qərarlaşıb. Gürcüstan 69-cu pillədədir.
Ötən ildə olduğu kimi, rəqabət qabiliyyətlilik reytinqinə İsveçrə başçılıq edir. İlk üçlüyə həmçinin Sinqapur və Amerika Birləşmiş Ştatları daxil olub.
Hər ölkə üçün rəqabət qabiliyyətlilik indeksinin hesablanması zaman ÜİF institutları keyfiyyət, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq və ibtidai təhsil, ali təhsil və peşə hazırlığı, əmtəə bazarının effektivliyi, əmək bazarının effektivliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabət qabiliyyətliliyi, innovasiya potensialı kimi 12 əsas göstəricidən istifadə edir.