Yuxarı

​Azpromo xarici investisiyaların cəlbi üçün layihələrin qəbulunu davam etdirir

İnvestisiya təklifləri birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim olunacaq

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılan, iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını, müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.

İnvestisiya layihələri texniki iqtisadi əsaslandırma (Biznes Plan) ilə birlikdə təqdim olunmalıdır. Fond investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edəcək.

Sahibkarlıq subyektləri investisiya təkliflərini elektron daşıyıcılarda və ya çap şəklində Azpromo-ya təqdim edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi