Yuxarı
    Bağlamaq

    AZPROMO və Beynəlxalq Ticarət Mərkəzi arasında anlaşma memorandumu imzalanacaq

    Mərkəz: Ebay-a birbaşa çıxışın əldə edilməsi sahəsində uğurlu əməkdaşlıq etmək olar

    Bakı. 4 iyul. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Ticarət Mərkəzinin direktoru Arança Qonzaleslə görüşüb.

    “Report “ bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

    Nazir bildirib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında, ixracın rəqabət qabiliyyətinin artırılmasında beynəlxalq təcrübəyə xüsusi önəm verilir. Bu istiqamətdə əlverişli iqtisadi-coğrafi mövqeyə və insan resurslarına malik olan Azərbaycanla Beynəlxalq Ticarət Mərkəzi arasında əməkdaşlıq faydalı olacaq. Həmçinin bu baxımdan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Beynəlxalq Ticarət Mərkəzi arasında imzalanacaq anlaşma memorandumunun əlaqələrin inkişafında əhəmiyyəti qeyd edilib.

    Beynəlxalq Ticarət Mərkəzinin direktoru Arança Qonzales bldirilb ki, Azərbaycanla əlaqələrin inkişafı üçün böyük potensial var. Azərbaycanda kiçik və orta sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin artırılması və xarici bazarlara daha çox çıxarılması, eləcə də beynəlxalq elektron kommersiya platformalarına (məs. Ebay) birbaşa çıxışın əldə edilməsi sahəsində uğurlu əməkdaşlıq etmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi