AZPROMO sahibkarlara müraciət edib

AZPROMO sahibkarlara müraciət edib Bakı. 8 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
Biznes
8 Dekabr , 2017 18:21
AZPROMO sahibkarlara müraciət edib

Bakı. 8 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə bildirilir ki, “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icrası məqsədilə aşağıdakı rayon və şəhərlərdə kiçik və orta ölçülü meyvə-tərəvəz məhsulları emalı müəssisələrinin yaradılması məqəsədəuyğun hesab edilib:

Quba-Xaçmaz iqtisadi rayonu üzrə:

- Quba və yaxud Qusar rayonlarından birində istehsal gücü illik 50 min ton olan alma konsentratı zavodunun inşası;

- Quba rayonunun meyvə yetişdirilən əsas kənd və qəsəbələrində kiçik həcmli meyvə emalı (o cümlədən qurudulması) müəssisələrinin yaradılması;

- Qusar rayonunda kiçik və orta həcmli meyvə emalı və meyvəqurutma müəssisələrinin yaradılması;

- Xaçmaz rayonunda kiçik və orta həcmli meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması.

Gəncə-Qazax iqtisadi rayonu üzrə:

- Şəmkir, Tovuz və Goranboy rayonlarında kiçik və orta həcmli meyvə-tərəvəz emalı, o cümlədən meyvəqurutma müəssisələrinin yaradılması.

Aran iqtisadi rayonu üzrə:

- Sabirabad, Bərdə, Yevlax, Zərdab, Neftçala və Ucar rayonlarında kiçik və orta həcmli meyvə-tərəvəz emalı, o cümlədən meyvəqurutma müəssisələrinin yaradılması.

Şəki-Zaqatala iqtisadi rayonu üzrə:

- Şəki, Oğuz, Qax və Balakən rayonlarında kiçik və orta həcmli meyvə emalı, o cümlədən meyvəqurutma müəssisələrinin yaradılması.

Lənkəran iqtisadi rayonu

- Astara və Masallı rayonlarında kiçik meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması.

Dağlıq Şirvan iqtisadi rayonu

- Şamaxı və İsmayıllı rayonlarında meyvə emalı və meyvəqurutma müəssisələrinin yaradılması.

Yuxarı Qarabağ iqtisadi rayonu

- Ağdam, Tərtər və Füzuli rayonlarında meyvə-tərəvəz emalı və meyvəqurutma müəssisələrinin yaradılması.

Aşağıdakı rayon və şəhərlərdə isə kiçik və orta ölçülü ət və süd məhsulları emalı müəssisələrinin yaradılması məqəsədəuyğun hesab edilib:

Quba-Xaçmaz iqtisadi rayonu üzrə:

- Xaçmaz, Qusar və Şabran rayonlarında süd emalı.

Gəncə-Qazax iqtisadi rayonu üzrə:

- Şəmkir, Goranboy, Qazax və Samux rayonlarında süd emalı.

Aran iqtisadi rayonu üzrə:

- Sabirabad, Saatlı, İmişli, Ağdaş, Bərdə, Yevlax, Neftçala, Ucar, rayonlarında süd və ət emalı (kəsim).

Şəki-Zaqatala iqtisadi rayonu üzrə:

- Şəki, Oğuz və Balakən rayonlarında süd emalı.

Lənkəran iqtisadi rayonu

- Cəlilabad, Astara və Yardımlı rayonlarında süd emalı.

Dağlıq Şirvan iqtisadi rayonu

- Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarında süd emalı.

Yuxarı Qarabağ iqtisadi rayonu

- Ağdam və Füzuli rayonlarında süd emalı.

Son xəbərlər

Orphus sistemi