“AzNar” səhmdarlarına ödədiyi dividendin məbləğini açıqlayıb

“AzNar” səhmdarlarına ödədiyi dividendin məbləğini açıqlayıb Teymur Əhmədov adına “AzNar” QSC ötən il minoritar səhmdarlarına 19 795 manat məbləğdə dividend ödəyib.
Biznes
10 Avqust , 2019 10:33
“AzNar” səhmdarlarına ödədiyi dividendin məbləğini açıqlayıb

Teymur Əhmədov adına “AzNar” QSC ötən il minoritar səhmdarlarına 19 795 manat məbləğdə dividend ödəyib. 

“Report” xəbər verir ki, bu barədə şirkətin 2018-ci ilin yekunları ilə bağklı maliyyə hesabatında bildirilir. 

Sənəddə deyilir ki, həmin məbləğin 5 min manatı 25 minoritar səhmdar arasında, hər səhmdara 200 manat olmaqla ödənilib. Qalan 14 795 manat isə minoritar səhmdarların mülkiyyətində olan qiymətli kağızların faiz nisbəti əsasında bölüşdürülüb. 

Xatırladaq ki, "AzNar"ın sahibi iş adamı Fərhad Əhmədovdur. O, müəssisənin səhmlərinin 99,95%-nə nəzarət edir. 

Son xəbərlər

Orphus sistemi