“Azexport” cənub bölgəsinin sahibkarları ilə görüş keçirib

“Azexport” cənub bölgəsinin sahibkarları ilə görüş keçirib İş adamlarına portalın funksionallığı ixracatçılara təklif etdiyi əlavə imkanlar barədə məlumat verilib
Biznes
4 Mart , 2017 17:00
“Azexport” cənub bölgəsinin sahibkarları ilə görüş keçirib

Bakı. 4 mart. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Lənkəranda cənub bölgəsinin sahibkarları ilə görüş keçirib.

Qurumdan “Report”a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunmuş görüşdə Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımdımlıdan olmaqla 100-dən artıq sahibkar iştirak edirb.

İş adamlarının diqqətinə çatdırılıb ki, “Azexport” portalı sahibkarlıq və ixrac imkanlarını genişləndirmək üçün onlara dəstək funksiyasını həyata keçirir. Belə ki, ölkə prezidentinin sərəncamı ilə yaradılan portal bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların ixracyönümlü məhsullarının xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atır.

Azexport.az saytının rəhbəri Zaur Qardaşov portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edib, həmçinin Azexport.az-a inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə geniş məlumat verib. Sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə, yolları izah edildikdən sonra, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Azexport.az saytına əsasən Yaponiya, Niderland, Çin, Rusiya, Gürcüstan, Misir, Belarus, Pakistan və digər ölkələrdən olmaqla, əsasən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, quru süd, mineral sular, alma, viski və digər məhsullara dair sifarişlər gəlir. Azexport portalı təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır.

Sahibkarların tam məlumatlılığını təmin etmək, onların problemlərini dinləyib müzakirə etmək üçün Azexport komandası indiyə qədər Bakinın rayonlarında 500-ə yaxın, respublikanın rayonlarında isə 400–ə yaxın kiçik və orta sahibkarla görüş keçirib.

Xatırladaq ki, Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. 

Son xəbərlər

Orphus sistemi