"Azexport.az" portalına daxil olan ixrac sifarişləri 10% artıb

"Azexport.az" portalına daxil olan ixrac sifarişləri 10% artıb Bakı. 3 dekabr. REPORT.AZ/ 2018-ci ilin oktyabr ayı ərzində Azexport.az portalına 23 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.
Biznes
3 Dekabr , 2018 11:59
Azexport.az portalına daxil olan ixrac sifarişləri 10% artıb

Bakı. 3 dekabr. REPORT.AZ/ 2018-ci ilin oktyabr ayı ərzində Azexport.az portalına 23 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

“Report” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin noyabr sayına istinadən xəbər verir ki, ümumilikdə 2018-ci ilin 10 ayında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri 433 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-oktyabr aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 10% artıb.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 oktyabr tarixinə kimi (22 ay ərzində) Azexport.az portalına dünyanın 108 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 908 milyon ABŞ dolları təşkil edib.

“İxrac İcmalı”nın noyabr sayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirdikləri ixracın dəyəri isə 11,8 milyon ABŞ dolları olub. Sertifikat verilən məhsullar Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, İsveçrə, İtaliya, İran, Polşa, Çin, Çex Respublikası, Estoniya, Almaniya, Moldova, İraq, Özbəkistan, Tacikistan, Koreya, İsrail və Malayziya daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 10%-nin sənədləşdirilməsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi