"​Azərsun Holdinq" işçilərinin ixtisarı ilə bağlı açıqlama verib

"​Azərsun Holdinq" işçilərinin ixtisarı ilə bağlı açıqlama verib Şirkətlər Qrupu əməkdaşların işdən çıxarılması ilə bağlı xəbərləri təkzib edir
Biznes
6 Mart , 2015 13:18
​Azərsun Holdinq işçilərinin ixtisarı ilə bağlı açıqlama verib

Bakı. 6 mart. REPORT.AZ/ "Azərsun Holdinq"də işçilərin ixtisarı ilə bağlı məsələ hazırda gündəmdə deyil. Bunu Holdinqin İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək Departamentinin müdiri Afiq Səfərov son vaxtlar "Azərsun Holdinq"in işçilərinin kütləvi ixtisarı ilə bağlı yayılan xəbərləri "Report"a şərh edərkən deyib:  "Azərsun"un sərvəti onun əməkdaşlarıdır. Hazırda işçilərin ixtisarı ilə bağlı məsələ gündəmdə deyil, bu xəbərlər həqiqətdən uzaqdır". 

A.Səfərov deyib ki, mövcud iqtisadi şəraitdə "Azersun Holdinq"in bütün müəssisələri işləyir: "Biz çalışırıq daha çox işləyək və ölkəmizin, dövlətimiz bu vəziyyətdən çıxmasına öz töhfəmizi verək".

Lakin A.Səfərov əlavə edib ki, Holdinqlə podrat müqaviləsi bağlayan müəssisələr olub ki, onlar öz işlərini həyata keçirib bitirdikdən sonra işlərinə xitam verilir.

"Onların əmək müqaviləsinin müddəti başa çatır və işlərinə xitam verilir. Bu tamamilə fərqli məsələdir. Lakin "Azərsun Holdinq"in öz əməkdaşlarının kütləvi ixtisarına dair deyilənlər həqiqəti əks etdirmir. İşçilərin kütləvi ixtisarı ancaq o zaman olar ki, bizim şirkət tamamilə çöksün və işçilərə də ehtiyac qalmasın. Lakin bizim əsas dəyərimiz işçilərdir", - deyə A.Səfərov qeyd edib.

Qeyd edək ki, yayılan xəbərlərə görə, "Azersun Holdinq" müxtəlif struktur bölmələri üzrə qismən ixtisarlara hazırlaşır.

Son xəbərlər

Orphus sistemi