“Azersun Holding”in rəhbəri: Azərbaycan məhsullarının brendləşməsi günün tələbidir

“Azersun Holding”in rəhbəri: Azərbaycan məhsullarının brendləşməsi günün tələbidir Abdolbari Goozal jurnalistlər üçün brifinq keçirib
Biznes
7 Oktyabr , 2016 19:09
“Azersun Holding”in rəhbəri: Azərbaycan məhsullarının brendləşməsi günün tələbidir

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının “Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının növbəti iclası keçirilib. 

“Report” xəbər verir ki, iclasda “Karat Holding”in icraçı direktoru Taleh Qasımov, heyvandarlıq kompleksinin rəhbərliyi həmçinin bir sıra kənd təsərrüfatı şirkətlərinin eləcə də, qida istehsalçılarının rəhbərləri və aparıcı media təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov açıb. Sonra isə söz “Azersun Holdinq”in rəhbəri Abdolbari Goozala verilib.

A.Goozal çıxışı zamanı Azərbaycanda yeni iqtisadi mərhələnin başlaması ilə əlaqədar dövlət başçısı tərəfindən atılan addımlar, kənd təsərrüfatı sektorunda verilmiş fərman və sərəncamlara toxunaraq bunun Azərbaycanın kənd təsərrüfatı sektorunun uzunmüddətli inkişafına dəstək olacağını bildirib.

Sonra isə “Azersun Holding”in Azərbaycanın kənd təsərrüfatı sektorunda fəaliyyəti, həyata keçirdiyi layihələrdən bəhs edib. Həmçinin yerli xammal ehtiyatlarının genişləndirilməsi ilə əlaqədar atılan addımlara da toxunub. Bu sahədə mövcud çətinliklərə də nəzər salan A.Goozal iqtisadiyyatda son dərəcə qənaətcil siyasət təbiq edilməsi, şirkətlər tərəfindən və yerli xammalın milli şirkətlərin dəstəklənməsinin əhəmiyyətli olduğunu vurğulayıb və dünya təcrübəsindən də nümunələr gətirib.

Çıxışında Azərbaycan mətbuatının cəmiyyətin eləcə də sahibkarların güzgüsü olduğunu qeyd edən A.Goozal, mediadan öz yazılarında obyektivliyə üstünlük verməyi və faktları olduğu kimi ictimaiyyətə çatdırmağın zəruri olduğunu deyib.

Bununla yanaşı, 10 il əvvəl Azərbaycan Prezidentinin neft kapitalının insan kapitalına çevirməsindən və bu yöndə atılması lazım olan addımlardan bəhs edən A.Goozal Azərbaycan bazarında baramaçılıq, pambıqçılıq, taxılçılıq sektrunda hazırlanmış təkliflərin dövlət başçısına və dövlətin müvafiq qurumlarına təqdim olunduğunu, dövlət tərəfindən müvafiq addımlar atıldığını, bu sahənin inkişafı istiqamətində effektiv qərarlar qəbul olunduğunu vurğulayıb.

A.Goozal çıxışı zamanı qeyd edib ki, idxal rüsumunun tətbiq olunduğu sahələr də uzunmüddətli inkişaf mərhələsində müsbət nəticəsini göstərəcək və yerli istehsalçılar ixrac rüsumları ilə qorunan sahələrin inkişafına daha da maraq göstərəcəklər. O, həmçinin bu sahədə şəkər çuğunduru əkinlərinin də “Azersun Holdinq”in fəaliyyət göstərdiyi sahələrlə yanaşı, bütün sahələrin şirkət tərəfindən dəstəkləndiyini söyləyib, "Azersun Holding"in fəaliyyət göstərdiyi və istehsal etdiyi məhsullardan, sadəcə şəkər çuğunduru məhsulunun bu siyahıya daxil eduilməsinin faydalı olacağını bildirib.

“Azersun Holdinq”in rəhbəri çıxışında Azərbaycanın ən uğurlu istiqamətlərindən biri marka yaratma olduğunu, yerli məhsulların brendləşməsinin günün tələbi olduğunu deyib, bu istiqamətdə dövlət başçısının “Made in Azerbaijan” brendinin formalaşdırılması və təşviqi-təbliği ilə bağlı atdığı addımları, bu istiqamətdə Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərçay” brendinin yaradılması istiqamətində verdiyi tapşırıqlar xatırladıb: "Məhz bunun sayəsində bu gün “Azərçay” dünya markasına çevrilib. Yerli media öz yazılarında milli şirkətlərin maraqlarını qorumalıdır və milli məhsulların təbliğinə daha geniş yer ayırmalıdır. Çünki yerli şirkətlər inkişaf edərsə, Azərbaycanın reklam bazarı da inkişaf edər və media sahəsində çalışan şirkətlər iqtisadi baxımdan daha azad və daha güclü olar."

Eyni zamanda qeyd etmək lazımdır ki, görüş sual cavab xarakterli keçib və Azərbaycanın qida bazarında geniş çeşiddə müxtəlif yerli və xarici şirkətlərin məhsullarının satışının həyata keçirildiyi nəzərə çatdırılıb.

Görüş iştirakçılarına təqdim olunan filmdə Azərbaycan bazarında yerli istehsalçılardan olan “Azərsun Holdinq”in rəf payının 10-15% olduğu və hər bir yerli məhsulla yanaşı, bazarda yüzlərlə alternativin olduğu da nümayiş olunan filmdə təsdiqini tapıb. Görüşdə iştirak edən media mənsublarının bütün sualları cavablandırılıb, görüş səmərəli işgüzar mühitdə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi