​"Azersun Holding" bu il zərərlə işləyir

​"Azersun Holding" bu il zərərlə işləyir Abdolbari Goozal: "Əvvəlki illərdə qazancımız olub, bir il də zərərlə işləyərik"
Biznes
17 Noyabr , 2015 12:10
​Azersun Holding bu il zərərlə işləyir

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanın əsas qida məhsulları istehsalçılarından olan "Azersun Holding" bu il zərərlə işləyir. "Report" xəbər verir ki, bunu Holdinqin prezidenti Abdolbari Goozal bildirib.

O qeyd edib ki, fevral ayında manatın devalvasiyasından sonra satış qiymətlərinin artmaması üçün işlər görülüb: "Azərbaycan dünyada devalvasiyanın təsirlərini ən uğurlu şəkildə dəf edib. Bu məsələdə "Azersun Holding"in də rolu böyükdür. Biz bu yükün bir miqdarını çiynimizdə daşıdıq. Şirkətimiz bu il indiyə kimi zərərlə işləyib, problem deyil. Əvvəlki illərdə qazancımız olub, bir il də zərərlə işləyərik".

A.Goozal, həmçinin əlavə edib ki, indiyədək heç bir məhsulda devalvasiyaya adekvat - 35% bahalaşma qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi