"Azərsu" sayğaclar üçün batareyaların alınması məqsədi ilə tender keçirir

"Azərsu" sayğaclar üçün batareyaların alınması məqsədi ilə tender keçirir İddiaçılar tender təkliflərini martın 6-dək təqdim etməlidirlər
Biznes
24 Yanvar , 2017 09:25
Azərsu sayğaclar üçün batareyaların alınması məqsədi ilə tender keçirir

Bakı. 24 yanvar. REPORT.AZ/ “Azərsu” ASC smart kart tipli, ön ödənişli su sayğacları üçün litium batareyaları və “Azərsu” loqolu plombların satın alınması məqsədilə açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyətinə üstünlük veriləcək. Tenderdə iştirak etmək istəyənlər lot üzrə 200 manat iştirak haqqı ödəməlidirlər.

İddiaçılar tələb olunan sənədləri fevralın 27-si saat 18:00-a qədər, tender təklifini isə martın 6-sı saat 18:00-dan gec olmamaq şərti ilə “Azərsu”ya (Bakı şəhəri, Moskva prospekti, 67) təqdim etməlidirlər.

Təklif zərfləri martın 7-si saat 15:00-da “Azərsu”da açılacaq.

Son xəbərlər

Orphus sistemi