"Azərsu" kotirovka sorğuları keçirir

"Azərsu" kotirovka sorğuları keçirir Şirkət bir sıra avadanlıqlar almaq istəyir
Biznes
2 Mart , 2017 09:36
Azərsu kotirovka sorğuları keçirir

Bakı. 2 mart. REPORT.AZ/ “Azərsu” ASC kartriclərin doldurulması xidməti, eləcə də kanalizasiya lyukları və yağış barmaqlıqlarının satın alınması məqsədilə kotirovka sorğuları elan edib.

"Report" xəbər verir ki, sorğularda iştirak etmək istəyən iddiaçılar kotirovka təkliflərini martın 6-na qədər şirkətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti,67 ünvanına təqdim etməlidirlər. 

Hər iki sorğu üzrə təkliflərə martın 6-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. 

Bundan başqa, "Azərsu" çap üçün əl terminalları və mobil printerlərin təmiri işlərinin satın alınması məqsədilə də kotirovka sorğusu elan edib. Təkliflər martın 7-nə qədər qəbul olunur. Onlara həmin gün, saat 16:00-da şirkətdə baxılacaq.

Son xəbərlər

Orphus sistemi